45 yaşlı məşhur gənc görünüşünü görün nəyə borcludur
Rusiyalı müğənni Nikolay Baskov botoksdan istifadə etməsi ilə bağlı çoxsaylı şayiələri təkzib edib.
Publika.az xəbər verir ki, sənətçi botoksun əleyhinə olduğunu deyib.
“Bu sahədə çalışan professorla danışdım və o dedi ki, insanlar 50 ildən sonra damarlarını qorumaq haqqında düşünürlərsə, botoksu nəzərə alsınlar: botoks damarlara təsir edir, sonra problemlər yaranır. Təbii olmaq yaxşıdır, qoy qırışlarınız olsun. Mənə elə gəlir ki, sağlam olmaq daha vacibdir”, - sənətçi “news.ru”ya müsahibəsində bildirib.
Baskov etiraf edib ki, dərisinin gəncliyini zəlinin köməyi ilə qoruyur. Müğənninin fikrincə, zəlilər xüsusən də koronavirus xəstəliyindən əziyyət çəkən insanlar üçün həblərə yaxşı alternativdir:
“Zəli əla vasitədir, bunu çoxdan edirəm və utanmıram. COVID-19 keçirən bir çox insanda qan laxtalanır, tromboz görünür. Və həblərə alternativ axtarırlar. Zəlilər qanı durulaşdıran gözəl tibbi prosedurdur. Onlar dəriyə 17-dən çox mikroelement yeridirlər”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi




































.jpg)

.jpg)
