“Formula 1” əyləncə həyəcanını bizimlə yaşayın
10-12 iyun tarixlərində keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisinin açılışı mərasimi böyük çoşğu və həyəcanla gözlənilən günlərdəndir. Açılış günündə trek boyu müxtəlif DJ-lərin çıxışı, onları müşayiət edən rəqqaslar, musiqi nömrələri tribunada olan tamaşaçıları yerlərində oturmağa qoymayacaq.
Publika.az xəbər verir ki, bilet sahibləri həyəcanı tək tribunada deyil, həmçinin bulvar ərazisində də hiss edə biləcəklər. Belə ki, Dənizkənarı Bulvar ərazisində bütün yaş təbəqələri üçün bir-birindən fərqli və əyləncəli məkanlar hazırlanıb.
“F1 Fanzone stage” əsl sürət fanatları üçündür. "Formula 1" pilotlarını daha yaxından görmək, onlardan avtoqraf almaq istəyirsinizsə, o zaman fanatlar üçün ayrılmış xüsusi ərazidə mütləq öz yerinizi tutun.
Yarış həyəcanını özünüz hiss etmək istəyirsinizsə “F1 Esports” ərazisində siz rəqiblərinizlə yarışmaq imkanından istifadə edə biləcəksiniz. Gündəlik təşkil olunacaq “qarşıdurma”da 10 ən sürətli qalibi seçərək, hədiyyələr təqdim edəcəyik. Görək sürətin sənə hədiyyə qazandıra biləcəkmi?
F1-də pitstop komandasının bir üzvü olsaydın bacarardınmı? Əlbəttə ki, cəhd etmədən bilməyəcəksən. “BCC Pitstop Challenge” altı fanat üçün altı komanda təşkil edərək komandaları bir-birilərinə qarşı yarışdıracaq. Komandalar Pirelli təkərlərini dəyişmək üzrə mübarizə aparacaqlar.
Mənim "F1" səyahətim......başlayıb.
Bu nöqtələrin yerində hansı komandanın və kimin adını yazmaq istərdin?
“Memory Board” məhz sənin xatirələrin üçündür. Sevdiyin və fanatı olduğun komandanın və ya "F1" pilotunun adını xatirə divarında yazmaq imkanın olacaq.
Bütün qeyd olunanlardan əlavə, yaddaqalan və əyləncəli fotolar üçün müxtəlif məkanlarımız var. “F1 2022 Car” nümunəsi bolidi yaxından görmək və şəkillər çəkdirmək üçün əla fürsətdir. Həmçinin, Azerbaijan GP və "F1" Baku həştəqi, "Formula 1" Komanda papağının oturacaqlarda quraşdırılmış instalyasiyası və “Replica Podium” kimi məkanlarda özünüzü qalib kimi hiss edə və fotolar çəkdirə bilərsiniz. ”Mood Wall” da isə əhvalınızı əks etdirəcək çılğın və əyləncəli şəkillər çəkə, bugünə kimi Azərbaycanda keçirilən "Formula 1" qaliblərinin fotolarının əks edildiyi “Qələbə Divarı”ndan keçməklə yarışların tarixini görə, həm də yaddaşlara həkk edə bilərsiniz.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2022 fasilədən sonra tribunalarda tamaşaçıları görməkdən çox sevinclidir. Bu həyəcanın bir hissəsi olmaq üçün bilet almağa tələsin.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

