ABŞ
Rusiya və Çin ABŞ-ın “Axilles dabanı”nı tapdı
Rusiya və Çin ABŞ-ın ən böyük zəifliyini dövlət istiqrazlarında aşkar ediblər.
Publika.az xəbər verir ki, bu haqda “Bussiness Insider” nəşri yazıb.
Nəşr iddia edir ki, Moskva 2018-ci ilin aprel-may aylarında ABŞ-ın dövlət borc istiqrazlarında aktivləri 96 milyard dollardan 15 milyarda dollara qədər azaldıb. Bu Birləşmiş Ştatlarda faiz dərəcələrinin artmasına gətirib çıxarıb.
Qeyd edilir ki, faiz dərəcələrinin artması ABŞ prezidenti Donald Trampda narazılıq yaradır. Məqalədə göstərilir ki, bahalı kreditlər ABŞ iqtisadiyyatın inkişafını məhdudlaşdırır. Həmçinin nəşr vurğulayır ki, Amerikanın qiymətli kağızlarında aktivlərin ixtisarı Rusiya tərəfinə rublu möhkəmləndirməyə və valyuta ehtiyatlarını diversifikasiya etməyə imkan verir.
“Bəzi ekspertlər Rusiyanın belə siyasətini ABŞ-ın “Axilles dabanı”na məqsədyönlü hücum kimi qiymətləndirirlər. Əgər Çin Amerikanın qiymətli kağızlarından qurtulmağa başlayarsa, ABŞ iqtisadiyyatı daha güclü zərər çəkəcək”, - nəşr yazıb.
Qeyd edək ki, 2010-cu ildə Rusiyanın, ABŞ-ın dövlət borcuna maksimum investisyası 176,3 milyard dollar təşkil edirdi.
May ayında ABŞ dövlət istiqrazlarının ən böyük sahibləri Çin (1,183 trilyon dollar), İrlandiya (1,048 trilyon dollar), Brazilya (299,2 milyard dollar) və Böyük Britaniya (265 milyard dollar) olub.
Ömər
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı














.jpg)






















.jpg)
.jpg)
