ABŞ
Dövlət Departamenti İranı siyasətini dəyişməyə çağırdı
ABŞ ümid edir ki, İran gələcəkdə siyasətinə dəyişiklik edəcək.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət departamentinin rəsmi nümayəndəsi Nizer Nauert bildirib.
“Biz İranla danışıqlar stoluna oturmağa hazırıq. Biz ümid edirik ki, onların davranışı dəyişəcək”, - o deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp istənilən vaxt və ilkin şərtlərsiz İran lideri Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bildirib.
Öz növbəsində, İran ABŞ-la danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb. İranın prezident administrasiyasının başçısının müavini Həmid Abutalebinin sözlərinə görə, İranla ABŞ-ın danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
“Mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörmət, döyüş əməliyyatlarının ixtisarı, nüvə sazişinə qayıdış. Nüvə sazişinə qayıdış dialoq üçün məcburi şərtdir”, - Abutalebi tvitterdə yazıb.
Xatırladaq ki, Tramp mayın 8-də Vaşinqton nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. Tramp həm İran, həm də İranla ticarət aparan başqa ölkələr barəsində sanksiyaların bərpa ediləcəyini açıqlayıb. Lakin sazişin Avropa üzrə iştirakçıları – Fransa, Almaniya və İngiltərə, həmçinin Rusiya və Çin bildirdilər ki, İranla sazişin şərtlərinə əvvəlki kimi riayət etmək niyyətindədir.
Ömər
-
İdman21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin121:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb
-
ABŞ20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq / FOTO
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı





































