ABŞ
Tramp: “Məndə hiss var ki, İran yaxın vaxtlarda…”
Hesab edirəm ki, Tehran yaxın gələcəkdə Vaşinqtonla danışıqlara başlamaq istəyəcək.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışında bildirib.
“Mən ümid edirəm ki, İranla hər şey yaxşı alınacaq, amma indi onlarda çox çətinliklər var. Məndə hiss var ki, onlar çox tezliklə bizimlə danışacaqlar. Bəlkə də yox, amma bu da həmçinin normal olacaq”, - o deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp istənilən vaxt və ilkin şərtlərsiz İran lideri Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bildirib.
Öz növbəsində, İran ABŞ-la danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb. İranın prezident administrasiyasının başçısının müavini Həmid Abutalebinin sözlərinə görə, İranla ABŞ-ın danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
“Mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörmət, döyüş əməliyyatlarının ixtisarı, nüvə sazişinə qayıdış. Nüvə sazişinə qayıdış dialoq üçün məcburi şərtdir”, - Abutalebi tvitterdə yazıb.
Daha sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo qeyd edib ki, Tehran bir sıra ilkin şərtləri yerinə yetirəcəyi halda, Trampın ideyasını bəyənəcək. Dövlət Departamentinin mətbuat katibi Hizer Nauert bildirib ki, hələ heç bir ikitərəfli görüş və telefon danışıqları nəzərdə tutulmayıb.
Xatırladaq ki, Tramp mayın 8-də Vaşinqton nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. Tramp həm İran, həm də İranla ticarət aparan başqa ölkələr barəsində sanksiyaların bərpa ediləcəyini açıqlayıb. Lakin sazişin Avropa üzrə iştirakçıları – Fransa, Almaniya və İngiltərə, həmçinin Rusiya və Çin bildirdilər ki, İranla sazişin şərtlərinə əvvəlki kimi riayət etmək niyyətindədir.
Ömər
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nida Xəbər 10:20Milli Məclis: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumu aparılır
-
Səhiyyə09:40Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür
-
İnanc09:21ABŞ-a baqajda gizlənərək gəlmişdi, yeparxiya rəhbəri təyin edildi
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...






.jpg)
.jpg)




















.png)

.jpg)






