ABŞ
Türkiyəyə qarşı QORXUNC PLAN son anda təxirə salındı: ABŞ 60 gün ərzində... – ŞOK DETALLAR
ABŞ prezidenti Donald Tramp avqustun sonunda amerikalı rahib Endrü Bransonun ev həbsi ilə bağlı vəziyyətlə əlaqədar bütün diplomatik personalı Türkiyədən geri çağırmağı planlaşdırırdı.
Publika.az xəbər verir ki, bu haqda Dövlət Departamenti və Ağ Evdəki mənbələrə istinadən “ABC News” telekanalı bildirib.
“Biz hansısa bir vaxtda Türkiyə ilə münasibətlərdə apokalipsisdən qorxurduq”, - Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirib.
Daha bir məlumatlı yüksəkvəzifəli məmur telekanala bildirib ki, prezident ABŞ səfirliyini və bütün NATO-nun diplomatik missiyalarını 60 gün ərzində bağlamağı planlaşdırırdı. Tramp əvvəlcə yüksək rütbəli diplomatları, sonra isə diplomatik nümayəndəliklərin bütün heyətlərini geri çağırmağı planlaşdırırdı.
Administrasiyadakı iki mənbənin sözlərinə görə, dövlət katibi Mayk Pompeo bu plana ən böyük müqavimət göstərən şəxs olub. Pompeo prezidentin diqqətinə çatdırıb ki, bu addımlar NATO üzrə ABŞ-ın əsas müttəfiqi ilə münasibətlərinə düzəldilməsi mümkün olmayan zərər vura bilər.
Telekanal bildirib ki, Dövlət Departamenti belə bir planın mövcudluğunu inkar edib, Ağ Ev isə informasiyanı şərh etməyib. Telekanalın məlumatına görə, plana həmçinin türk biznesmenləri və məmurlarına qarşı sanksiyaların genişləndirilməsi daxil idi. Xəbərə görə, Branson oktyabrın 12-də buraxılmasaydı, bu plana çox ciddi baxılırdı.
Xatırladaq ki, oktyabrın 12-də İzmir məhkəməsi Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib. İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib azadlığa buraxılıb. O, casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilirdi.
Ömər
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
















.jpg)



.jpg)

















