ABŞ
Rusiya üçün Milad “HƏDİYYƏSİ”: ABŞ ağır zərbəyə hazırlaşır
ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu haqda siyası “Nezıqar” Teleqram-kanal yazıb.
İddia edilir ki, sanksiyalar Roman Abramoviç, Əlişir Osmanov, Vladimir Yevtuşenkov və Vladimir Potanin, Aleksey Mordaşov, Vladimir Lisin və Mixail Proxorov barəsində tətbiq ediləcək.
“Amerikalılar hesab edirlər ki, Miladdan əvvəl siyahının genişləndirilməsi Rusiya iqtisadiyyatına güclü zərbə vuracaq və bayramlar ərəfəsində şirkətlərin fəaliyyətinə xaos gətirəcək. Deyirlər ki, Kreml dəhlizlərində oliqarxlar barəsində şəxsi sanksiyalar haqqında xəbərləri son dərəcə ağrılı qəbul edirlər. Hökumət oliqarxlara yardımın bütöv planını hələ hazırlaya bilmir. Buna iqtisadiyyatın dağılması üzrə düşmən aktı kimi baxılır”, - “Nezıqar” Teleqram-kanalının xəbərində deyilir.
Qeyd edək ki, ABŞ 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya həmçinin, 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə cəhdində ittiham edilir.
Vaşinqton Rusiyaya qarşı sanksiyaları sonuncu dəfə Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı Sergey Skripala qarşı sui-qəsdə görə tətbiq edib. Sanksiyalar Rusiyanın milli təhlükəsizliyinə aid olan mal və texnologiyaların ixracını məhdudlaşdırır. ABŞ-ın Maliyyə Nazirliyindən verilən məlumata görə, Moskva kimyəvi silahın tətbiq edilməməsi barədə 90 gün ərzində zəmanətləri verməsə, onda Vaşinqton başqa məhdudiyyətləri tətbiq edəcək.
Ömər
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)