ABŞ
ABŞ Rusiya ilə raket müqaviləsi üzrə danışıqların şərtlərini açıqladı
ABŞ müəyyən şərtlərlə silahlanma üzərində nəzarət üzrə Rusiyayla danışıqlara hazırdır.
Publika.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən TASS agentliyi bildirib.
Onun sözlərinə görə, Amerika tərəfi əvvəlki kimi silahlanmalar üzərində effektiv nəzarətə sadiqdir.
“Biz silahlanma üzərində nəzarət üzrə Rusiyayla danışıqlarda iştirak etməyə hazırıq. Biz ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə öz töhfəsini verən, məcburi yoxlama mexanizmi olan və icrasına partnyorların da daxil edildiyi effekti silah nəzarətinə sadiqiq”, - Dövlət Departamentinin nümayəndəsi deyib.
Diplomat əlavə edib ki, ABŞ Rusiyanın Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında Müqavilədən çıxmasından məyus olub.
Qeyd edək ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.
Martın 5-də isə Rusiya prezidenti Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması barədə fərmanı imzalayıb.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi.
Ömər
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)