ABŞ
Trampdan Merkelə ŞOK SÖZLƏR: Siz Putindən... – Mənbə HƏR ŞEYİ DANIŞDI
Berlinin “Şimal axını-2” qaz kəmərinin tikintisi layihəsindən imtina etməsi üçün uzun illərdir səy göstərən Vaşinqton layihəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.
Nəşr yazır ki, ABŞ-ın yeni sanksiyaları Almaniyada NATO üzvünə qarşı təcavüz kimi qəbul ediləcək. İzah edilir ki, belə vəziyyət Berlin və Vaşinqtonun münasibətlərini xeyli pisləşdirəcək.
Bir neçə Amerika məmurunun sözlərinə görə, “Şimal axını -2”yə qarşı sanksiyalar ABŞ-ın Düşmənlərlə Sanksiyalar Yoluyla Mübarizə Aparma Qanunu (CAATSA) çərçivəsində tətbiq ediləcək. Sanksiyalar boruların üzləməsi üzrə müqavilələr bağlamış investorlara və şirkətlərə qarşı olacaq.
“Boru kəmərinə qarşı sanksiyalar yalnız Almaniya deyil, həm də Avropa ilə qarşıdurma deməkdir. Biz boru kəmərinin tikintisini başa çatdırmaq üçün bacardığımız hər şeyi edəcəyik”, - alman məmurlardan biri nəşrə deyib.
ABŞ təhlükəsizlik xidmətinin anonim əməkdaşının sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “Şimal axını-2” layihəsini Amerikanın Avropa üzərində tutduğu “hərbi qalxan” olduğunu hesab edir.
“Əgər siz istəyirsinizsə ki, biz sizi heyvandan müdafiə edək, siz onu niyə yedirirsiniz?”, - mənbə Trampdan sitat gətirib.
Nəşr qeyd edir ki, ABŞ-ın fikincə, Berlin və Vaşinqton arasında nifaq yaradan “Şimal axını-2" Avropanın ən böyük iqtisadiyyatını Rusiya enerjidaşıyıcısılarından asılı edəcək. Eyni zamanda, ABŞ nəşri yazır ki, ötən ilin yazında Tramp Almaniya kanslerini Angela Merkellə görüşdə onu Rusiya qazının alınmasından imtina etməyə inandırmağa cəhd edirdi.
“Angel, siz Putindən qazı almağı dayandırmalısınız”, - nəşr anonim mənbələrə istinadən Oval kabinetdə baş tutan görüşdən sitat gətirib.
Ötən həftə Rusiyanın “Qazprom” şirkətindən verilən məlumata görə, kəmərin 818 kilometrlik hissəsi tikilib. Bu isə, kəmərin üçdə bir hissəsidir. Həmçinin bildirilib ki, tikinti üzrə bütün işlər plan üzrə gedir.
Ömər Dağlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)