ABŞ
ABŞ-ın nüvə bombardmançısı Çin sərhədlərində
ABŞ-ın nüvə bombası daşıya bilən “B-52H” tipli təyyarəsi Cənubi Çin dənizində təlim uçuşu həyata keçirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Hind-Sakit okean qüvvələri Komandirliyinin (INDOPACOM) açıqlamasında deyilir.
“ABŞ təyyarələri müttəfiqlərimizə dəstək vermək, açıq və sərbəst bir Hind-Sakit okeanı üçün nizamlı olaraq Cənubi Çin dənizində fəaliyyət göstərir”, - bəyanatda deyilir.
Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.
ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.
Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.
Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi
-
Magazin213 Sentyabr 21:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı
-
ABŞ13 Sentyabr 20:32Tramp İran neftinə əl qoymaqdan danışdı: Venesuela kimi...
-
Magazin113 Sentyabr 19:51Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı
-
Hadisə13 Sentyabr 17:17Mingəçevirdəki dəhşətli yanğın belə söndürüldü - VİDEO
-
Sosial13 Sentyabr 16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO













.jpg)


.webp)


















