ABŞ
Rusiyaya AĞIR ZƏRBƏ: Senatda qəbul edildi
ABŞ Senatının beynəlxalq işlər üzrə komitəsi “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı sanksiyaları bəyəndi.
Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.
Qanun layihəsini respublikaçı Ted Kruz və demokrat Cin Şahin hazırlayıblar. Prosedura əsasən, qanun bundan sonra Senatda ümumi səsverməyə çıxarılmalı, sonra Nümayəndələr Palatasında qəbul olunmalı və nəhayət, imzalanması üçün prezidentə göndərilməlidir.
Sanksiyalara xüsusi halda, İsveçrənin “Allseas” və İtaliyanın “Saipem” şirkətləri məruz qalacaq. Bundan başqa, sanksiyaların altına Avstriya, Almaniya, Niderland, Fransa, Finlandiya və İsveç şirkətləri düşə bilər.
Qeyd edək ki, "Şimal axını-2” Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonaları vasitəsilə Rusiyadan Almaniyaya qədər Baltik dənizinin dibi ilə keçməlidir. Danimarka tikintiyə hələ icazə verməyib.
ABŞ hesab edir ki, “Şimal axını-2” Avropanın Rusiyadan enerji asılılığını daha da artıracaq. Vaşinqtonda hesab edirlər ki, Moskva enerji ehtiyatlarından siyasi və iqtisadi təzyiq aləti kimi istifadə edir.
Avropada Almaniya, Avstriya və Norveç layihəni dəstəkləyirlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
