ABŞ
Ağ Evi sarsıdan telefon söhbətinin stenoqramı dərc edildi
Ağ Ev ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətinin stenoqramı dərc edilib.
Publika.az xəbər verir ki, bu haqda “The Hill” nəşri yazıb.
Tramp stenoqramın dərci ilə bağlı qeyd edib ki, təqdim edilmiş materiallar iki dövlət başçısının söhbətində heç bir qanun pozuntusunun olmadığını göstərir.
Trampın fikrincə, Demokratlar Partiyasının nümayəndələri impiçment prosedurunun başlanması üçün telefon danışığından istifadə edirlər. Həmçinin, Tramp bildirib ki, Zelenskiyə təzyiq göstərməyib.
“Prezident Zelenski özü bəyanatla çıxış etdi ki, qətiyyən təzyiq olmayıb”, - Tramp qeyd edib.
Xatırladaq ki, Ağ Ev daha əvvəl öz saytında Tramp və Zelenskinin iyul ayında baş tutmuş telefon danışığının stenoqramını dərc edib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi ötən gün Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığını impiçment üçün əsas hesab edir. Xəbər agentliklərinin bildirdiyinə görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə7 Noyabr 17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa7 Noyabr 17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)





























.jpg)








.jpg)

