ABŞ
ABŞ prezidentliyinə namizəd əməliyyat olundu - FOTO
ABŞ prezidentliyinə namizəd, senator Berni Sanders xəstəxanaya yerləşdirildiyinə görə onun seçkiqabağı kampaniyası çərçivəsindəki bütün tədbirlər ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə oktyabrın 2-də senatorun nümayəndəsi Ceff Uiver bəyanat verib.
O bildirib ki, 78 yaşlı Sandersin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. Senator oktyabrın 1-də tədbir zamanı döş qəfəsində narahatlıq hiss edib.
Senatoru müayinə edən həkimlər onun bir arteriyasında tıxanma aşkar ediblər. Həkimlər ona iki stent qoyublar.
Uiver deyib: “Senator söhbət edir, onun əhvalı yaxşıdır. O, bir neçə gün istirahət edəcək. Biz onun görüşlərini və çıxışlarını növbəti bildirişlərə qədər ləğv edirik. Bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”.
Berni Sanders 2020-ci ildə Prezident Trampa qalib gəlməyə çalışan ən yaşlı prezidentliyə namizəddir. O, keçmiş vitse-prezident, demokratlar arasında liderlik edən Co Baydendən üç yaş, 73 yaşlı Trampdan beş yaş böyükdür. Trampın özü birinci müddətə prezident seçilənlər arasında ən yaşlı adamdır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
