ABŞ
Dəhşətli görüntülər gəlir: təyyarələr tərs çevrildi, binalar yerlə-yeksan oldu - FOTO/VİDEO - (YENİLƏNDİ)
ABŞ-ın Tennesi ştatını cənginə alan güclü tornado daha bir nəfərin ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, bununla da təbii fəlakət zamanı ölənlərin sayı 25-ə çatıb.
Neşvil şəhərini yerlə-yeksan edən tornado 140-dan çox binanı dağıdıb. Çox sayda insan dağıntılar altında köməksiz vəziyyətdə qalıb.
ABŞ Prezidenti Donald Tramp Tennesi qubernatoru Bill Liyə zəng edib və ştata yardım göndəriləcəyini bildirib. Həmçinin, cümə günü təbii fəlakət bölgəsinə səfər edəcəyini qeyd edib.
Qubernator Bill Li ştatda fövqəladə vəziyyət elan edib. O, axtarış-xilasetmə işlərinə yardımçı olmaları və təhlükəsizliyin təmin edilməsi üçün milli mühafizəçiləri olay yerinə ezam edib.
Neşvil şəhərində ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Yaxınlıqdakı bütün hava limanları işlərinə müvəqqəti fasilə verib.
44 min insanın elektriksiz qaldığı bildirilir.
***
08:10
ABŞ son illərin ən dəhşətli təbii fəlakəti ilə mübarizə aparır.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin şərq ştatlarını əhatə edən güclü tornado nəticəsində ölənlərin sayı 24-ə çatıb. Onlarla yaralı var. Məlumata görə, güclü külək daha çox Tennessi ştatına ziyan vurub. Azı 40 bina dağılıb. Yüzlərlə insan evsiz qalıb. Körpülər sıradan çıxıb.
Yerli dairələr güclü küləyin davam edəcəyi barədə xəbərdarlıq edib.
Anar Türkeş, Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
