ABŞ
ABŞ AÇIQLADI: “Gəmilərimiz bölgəyə gedir” - Yeni MÜHARİBƏ BAŞLAYIR?
Çin ordusunun Cənubi Çin dənizində hərbi təlim planına cavab olaraq ABŞ bölgəyə döyüş təyyarələri göndərəcək.
Publika.az-ın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu komandiri admiral Corc Vikof Cənubi Çin dənizinə iki ədəd təyyarədaşıyan gəmi göndərəcəklərini deyib.
Bu barədə Vikof "Wall Street" jurnalına açıqlama verib:
"Məqsəd tərəfdaşlarımıza, müttəfiqlərimizə regional təhlükəsizlik və sabitliyə sadiq olduğumuzu açıq şəkildə göstərməkdir. İki daşıyıcı gəminin bölgəyə göndərilməsi dünyadakı hər hansı siyasi və ya digər hadisəyə cavab deyil. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit okean boyunca təhlükəsizliyi, sabitliyi və rifahı yaxşılaşdıra biləcəyinin bir yoludur".
Vikof hərbi manevrlərin Pekinin rəhbərlik etdiyi təlimlərə cavab olmadığını, rəsmi Pentaqonun "sabitliyin təmin olunması" səylərinin davamı olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Çinin mübahisəli bölgələrdəki hərbi təlimlərinin regional gərginliyi artırdığını iddia etmişdi. Rəsmi Pekin isə Pentaqonun Cənubi Çin dənizindəki hərbi təlimləri tənqid etməsinin bölgənin sabitliyinə təsir göstərdiyini bildirmiş və ABŞ kimi regiona daxil olmayan ölkələri günahlandırmışdı.
Akqabay
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi



































.jpg)
.jpg)
