ABŞ
Tarixi RAZILAŞMA: ABŞ hərbçilərini bu ölkədən çıxarır
İraqın Baş naziri Mustafa əl-Kazımi ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə razılaşdıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, buninla bağlı İraqın rəsmi xəbər agentliyində avqustun 20-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüş keçirən Kazıminin açıqlamaları yer alıb.
Kazımi Tramp ilə görüşünün əhəmiyyətli və uğurlu olduğunu söyləyib:
"İlk dəfə ABŞ-dan İraq hökumətinin tələblərinə qarşı şəffaf və tolerantlı bir yanaşma gördüm. ABŞ tərəfi ilə qüvvələrinin İraqdan çıxarılıb yenidən yerləşdirmək barədə razılığa gəldik. Bu çərçivədə lazımi mexanizmin yaradılması üçün texniki heyətin təşkil edilməsi qərara alındı".
ABŞ ilə bir çox sahədə ikitərəfli müqavilələrin bağlandığını vurğulayan Kazımi bunlardan ən vacibinin Zikar təbii qaz razılaşmasının olduğunu deyib.
Tramp avqustun 20-də də "Əsgərlərimizi İraqdan sürətlə çıxarırıq. ABŞ-ın orada qalmaq məcburiyyətində olmadığı günü səbirsizliklə gözləyirəm" deyib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































