ABŞ
Trampdan 4 şəhərlə bağlı ŞOK MEMORANDUM
ABŞ prezidenti Donald Tramp 4 şəhərin federal büdcəsini ləğv edir.
Publika.az xəbər verir ki, o, bu barədə müvafiq memorandum imzalayıb.
Sənədə əsasən, Nyu York, Vaşinqton, Sietl və Portlandın federal fondları ləğv olunacaq.
Prezidentin sözlərinə görə, bu şəhərlərin rəhbərləri anarxiya, zorakılıq və separatçılın qarşısını almırlar: “Mənim rəhbərliyimdə federal vergilərdən gələn gəlirin qanunsuzluq bölgələrinə çevrilməsinə imkan verən şəhərlərin maliyyələşdirilməsinə icazə verilməyəcək”.
Memorandum çərçivəsində ABŞ-ın Baş prokuroru Uilyam Barra qanun və asayişi bərpa etmək üçün şiddətə və əmlakın məhvinə imkan verən və lazımi tədbirlər görməkdən imtina edən anarxist yurisdiksiyaların siyahısını hazırlamağı əmr edib.
Qeyd edək ki, sözügedən şəhərlər Demokratlar Partiyasının idarəçiliyindədir. Onlar daha əvvəl Ağ Ev rəhbərinin kütləvi etirazların yatırılmasında Milli Qvardiyadan istifadə edilməsi barədə təkliflərini rədd etmişdilər.
Xatırladaq ki, afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra ABŞ-da kütləvi etiraz aksiyaları baş qaldırmış, Ağ Ev iğtişaşları yatırmaq üçün Milli Qvardiyanı aksiya ocaqlarına yeritmək qərarı almışdı.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
