ABŞ
ABŞ 10 ölkəni Çinə qarşı hərəkətə keçməyə çağırdı: Bütün yardımları edəcəyik
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinə müraciət edib.
Publika.az xəbər verir ki, Pompeo Çinin Cənubi Çin dənizindəki fəaliyyətinə qarşı hərəkətə keçmək çağırışı edib.
Videokonfrans vasitəsilə ASEAN 53-cü Xarici İşlər Nazirləri İclasına qatılan ABŞ rəsmisi Çinin ixtilaflı sulardakı hərbi fəaliyyətinə yalnız sözlə deyil, həm də real addımlarla cavab verməli olduqlarını bildirib. O, ABŞ-ın bölgə ölkələrinə dəstəyini əsirgəməyəcəyini qeyd edib: “Çin ASEAN şərtlərində yer alan demokratik dəyərlərə, suverenlik, bərabərlik və ərazi bütövlüyünə hörmət etmir. Çinin Kommunist Partiyasının bizi və xalqımızı çeynəyib keçməsinə icazə verməyək. Özünəgüvəniniz tam olsun. ABŞ sizə yardım edəcək dost kimi yanınızda olacaq”.
Pompeo ABŞ hökumətinin Çinin Cənubi Çin dənizindəki rezervlərdə hərbi hava limanları, radar və raket sistemləri qurmasına yardım edən şirkət və şəxsləri sanksiya siyahısına saldığını da xatırladıb.
Qeyd edək ki, Cənubi Çin dənizi ilə sərhədi olmayan ABŞ bölgədə gəmi və təyyarələrin təhlükəsiz fəaliyyətini təmin etmək üçün döyüş gəmiləri və təyyarələri ilə patrul xidməti, təlimlər həyata keçirir.
Zümrüd
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi



































.jpg)
.jpg)
