ABŞ
Trampın qızı "milyarder bunkeri" aldı
ABŞ Prezidenti Donald Trampın qızı İvanka və həyat yoldaşı Cered Kuşner Mayami şəhərindəki İndian-Krik sahilində "milyarder bunkeri" adlandırılan torpaq sahəsi alıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunkerin dəyərinin 31,8 milyon dollar olduğu bildirilir. Xüsusi və qapalı yer olan İndian-Krik Floridanın ən təhlükəsiz məkanlarından biridir. Burada 29 iqamətgahda 13 polis məmuru var.
Qiymətə 75 sot ərazi və şəxsi 61 metrlik bənd daxildir. Ərazi Trampın xüsusi iqamətgahı Mar-a-Laqodan bir saatlıq məsafədə yerləşir. Alınan mülk üçün İvanka və Cered ildə 472,8 min dollar vergi ödəməli olacaqlar.
Qeyd edək ki, cütlük Mayami və Palm-Biç ərazisindəki bir çox əmlak və ərazini araşdırıb. Eyni zamanda Nyu-Yorkdakı Park prospektində bir mənzilə sahibdirlər və Trampın qolf klubu yaxınlığındakı Bedminster koteclərini də genişləndirirlər.
Aytən Məftun
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
