ABŞ
Ölən azyaşlının ailəsi şirkətdən 100 milyon dollar tələb edir
Kəskin hava şəraiti ABŞ-ın bir çox ştatında fəlakətlərə səbəb olmağa davam edir. Texas xüsusilə ağır zərbə alıb. Ştatda elektrik enerjisi və su kəsilib. Çox sayda insan soyuqdan ölüb.
ABC telekanalının xəbərinə görə, hipotermiya səbəbiylə öldüyü iddia edilən 11 yaşlı bir uşağın ailəsi elektrik enerjisinin verilməsindən məsul olan şirkəti məhkəməyə şikayət edib.
Publika.az xəbər verir ki, iddiaya görə, vəfat edən Kristian Pavon Pinedanın valideynləri “Entergy Corporation” enerji şirkətindən "adam öldürmə" səbəbindən 100 milyon dollar təzminat tələb edir.
Ehtimal olunur ki, uşaq çərşənbə axşamı evin elektrik və istiliyinin kəsilməsindən sonra hipotermiya səbəbilə ölüb. Azyaşlının ölümünün rəsmi səbəbi hələ müəyyənləşdirilməyib.
ERCOT və “Entergy” şirkətlərinin ən azı 1 həftə ərzində proqnozlaşdırılan dəhşətli hava şəraitindən xəbərdar olduğu və 10 ildən artıq bir müddətdə belə bir yüklə qarşılaşmadığı bildirilsə də, onlar böhranın qarşısını alacaq hər hansı bir profilaktik tədbir görməyib və eyni zamanda ortaya çıxacaq problemlərə hazırlaşmayıb.
Bundan əlavə, ERCOT Texas sakinlərinə bir neçə gün elektrik enerjisinin kəsiləcəyi barədə məlumat verməyib. Buna görə, bir çoxları elektrik çatışmazlığına hazırlaşa və ya evlərini vaxtında tərk edə bilməyib.
Nəticədə, onlarla Texas sakini ölüb və 4 milyondan çox insan işıqsız qalıb.
ABŞ Prezidenti Cozef Bayden ştata qida, su, 60 generator və yorğan daxil olmaqla, əsas ehtiyaclar paketində yardım göndərib. Prezident Texas da daxil olmaqla, bir neçə ştatda fövqəladə hal elanlarını təsdiqləyib.
Zümrüd
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - Video
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər





























.png)


.jpg)




