ABŞ
Ağ Ev Tehranı HƏDƏLƏDİ: "Ehtiyatlı olun"
“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerikanın maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarədir”.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. “Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”-deyə, diplomat deyib.
ABŞ Prezidenti Co Bayden də İrana xəbərdarlıq edib. Jurnalistin “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” sualına cavabında Bayden deyib: “Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun”.
Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyindən bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub.
Qeyd edilir ki, hava zərbələri Prezident Co Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.
Tural Turan
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...













.jpg)




















.jpg)
.jpg)

