ABŞ
"Elə buna görə deyirdim ki, ÜST-ü tərk edək" - Hesabata REAKSİYA
ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənşəyi haqda son hesabatını sərt tənqid edib.
Publika.az xəbər verir ki, o bu barədə "Twitter"də paylaşım edib.
Pompeo hesabatın müəlliflərini Çinin "dezinformasiya kampaniyasında" iştirakda günahlandırıb.
"Bax elə buna görə mən tövsiyə edirdim ki, ABŞ ÜST-dən çıxsın", - o əlavə edib.
Diplomatın fikrincə, COVID-19-un yayılmasının ən açıq-aydın versiyası Uhandakı Virusologiya İnstitutudur. Pompeo həmçinin ehtimal edir ki, ÜST rəhbəri Tedros Adhanom Gebreyesus virusun yayılması barədə həqiqətləri gizlətməkdə ÇXR sədri Si Cinpinlə əməkdaşlıq edir ki.
Ancaq Gebreyesusla Si Cinpin arasında "razılaşma"ya dair Pompeo sübut gətirməyib.
Bu gün ÜST koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinin Uhan şəhərinə ezam olunmuş beynəlxalq ekspertlər qrupunun məruzəsinin tam versiyasını dərc edib. Məruzədə COVID-19-un laboratoriyadan yayılması "ağlabatan sayılmır". Gebreyesus vurğulayıb ki, təşkilatın mütəxəssisləri virusun mənbəyini tapmayıblar və bu səbəbdən onun axtarışının davam etdirilməsini istəyib.
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)

.jpg)