ABŞ
ABŞ ilk dəfə bu ölkəyə "Triton"lar yerləşdirir
ABŞ hərbi-hava qüvvələri ilk dəfə olaraq Yaponiyaya iki ədəd "MQ-4C Triton" pilotsuz uçan aparatının (PUA) yerləşdirilməsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə şənbə günü Kyodo agentliyi məlumat yayıb. Qeyd edilir ki, həmin PUA-lar Hönşü adasının şimalında, ABŞ hərbi-hava qüvvələrinin Misava hərbi bazasında yerləşdiriləcək.
Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu PUA-lar qonşu dövlətlərin dənizdə artan fəallığını daha dəqiq izləməyə imkan yaradacaq.
Bildirilir ki, Yaponiyada əsas narahatlıq Senkaku (Dyaoyuydao) adaları ətrafında yaranmış vəziyyətlə əlaqədardır. 2012-ci ildə həmin adalar Yaponiya hökuməti tərəfindən fərdi sahibkardan satın alındıqdan sonra Tokio ilə Pekin arasında ərazi mübahisəsi daha da gərginləşib. Bu adalar Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da onlara iddialıdır.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


























.jpg)







.jpg)


