ABŞ
Trampın evindən məxfi sənədlər tapıldı: "Fransa prezidenti" haqqında...
FTB agentləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarış apararkən 11 dəst məxfi sənədlər ələ keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Bildirilib ki, sənədlərdən bəziləri "tam məxfi" qeyd edilib və yalnız xüsusi dövlət qurumlarında giriş üçün nəzərdə tutulub.
FTB agentləri təxminən 20 qutu əşya, foto qovluq, əlyazma qeydi və Trampın müttəfiqi Rocer Stounun əfv sənədini götürüblər.
Qəzet yazır ki, siyahıya "Fransa prezidenti" haqqında da məlumatlar daxil edilib .
"New York Post" qəzetinin yazdığına görə, Trampın Floridadakı Mar-a-Laqo malikanəsində toplanan materiallar arasında dörd dəst sənəd “tam məxfi”, üç dəst “gizli”, daha üçü isə məxfidir.
Federal hakim Trampın hüquq qrupuna Ədliyyə Departamentinin “əmlak qəbzi” kimi tanınan inventar açmaq təklifinə cavab vermək üçün saat 15:00-a qədər vaxt verib.
Bundan öncə bildirilib ki, Trampın evində axtarış aparan FTB agentləri nüvə silahı ilə bağlı məxfi sənədlər axtarırdılar. "Washington Post" qəzetinin yazdığına görə, Tramp bu cür sənədləri Floridadakı villasında saxlamış ola bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın villasında axtarışlar avqustun 8-də keçirilib. Sahibinin özü Nyu Yorkda olarkən yüzə yaxın FTB agenti siyasətçinin əmlakına basqın edib. Eyni zamanda, Ağ Ev axtarışlardan xəbərsiz olduğunu və vəziyyətə nəzarət etmədiyini bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
