ABŞ
MKİ-nin keçmiş rəhbəri: "ABŞ güclü terror hücumuna məruz qala bilər"
Amerika lideri Co Baydenin qoşunları Əfqanıstandan çıxarmaq qərarından sonra Birləşmiş Ştatlar 2001-ci il sentyabrın 11-nə bənzər güclü terror hücumuna məruz qala bilər.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo "Cats Roundtable" radiosunda deyib.
"20 il əvvəl Nyu-Yorkda olduğu kimi, hücuma məruz qalma ehtimalımız daha yüksəkdir. Bir ildir ki, hamı öz gözləri ilə amerikalıların arxada olduğunu görür. 13 amerikalı həlak olub. Biz bu ölkədən quyruğumuzu ayağımızın arasına alıb qaçanda əfqanlar Amerika təyyarələrindən yapışmışdılar, - Pompeo bildirib.
Bundan əvvəl Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Nuriddin Əzizi Amerikanın tarixi səhvə yol verməyəcəyinə və əfqan ehtiyatlarını - milli aktivlərini dondurmayacağına ümid etdiyini bildirib .
Xatırladaq ki, 2022-ci ilin fevralında Bayden öz fərmanı ilə Əfqanıstan Mərkəzi Bankının ABŞ banklarında saxlanılan 7 milyard dollarlıq aktivini bloklayıb. Məhkəmə qərarından sonra bu məbləğin yarısının əfqanların humanitar ehtiyaclarına yönəldilməsi planlaşdırılırdı. Digər hissəsi, hakimiyyətin planına görə, 11 sentyabr 2001-ci il də daxil olmaqla, hücumların qurbanlarının ailələrinə kompensasiya vermək üçün ABŞ-da qalmalı idi.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
