ABŞ
Nulanddan KRİTİK AÇIQLAMA: "Putin ciddi olsaydı..."
Rusiyanın davranışı göstərir ki, Kreml hazırda sülh danışıqlarına qətiyyən hazır deyil.
Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib .
"Prezident Bayden deyib ki, əgər Putin ciddi olsa, onunla açıq şəkildə danışacaq. Və sonra Kreml dərhal bu planetin 143 ölkəsinin Putinin ilhaqına “yox” dediyi halda ərazilərin ilhaqını hamımızın tanımağımız ilkin şərt olacağını deməklə onların nə qədər qeyri-ciddi olduğunu dərhal açıqladı", - Nuland bildirib.
Onun fikrincə, diplomatiya hər kəsin son məqsədidir, lakin bunu istəyən tərəfdaş da olmalıdır.
"Putin səmimi deyil və buna hazır deyil", - ABŞ dövlət katibinin müavini vurğulayıb.
O əlavə edib ki, müharibənin əvvəlində dünyada müəyyən çaşqınlıqlar olsa da, Rusiyanın davranışı gündən-günə, həftədən-həftəyə dünyada getdikcə daha çox insanı və ölkəni burada nələrin baş verdiyinə inandırır.
"Putinin özü belə qəddar olmasaydı, Ukrayna ərazilərinin ilhaqına yox deyən 143 ölkə olmazdı. Eyni zamanda, onların dövlət dezinformasiya aparatı güclüdür və çox yaxşı maliyyələşdirilir. Onlar hər şeydən istifadə edirlər, o cümlədən pravoslav kilsəsindən, bildiyiniz və burada gördüyünüz kimi", - Nuland deyib.
ABŞ dövlət katibinin müavininin sözlərinə görə, Afrikaya son iki səfəri zamanı o, Afrika ölkələrinin ərzaq böhranının səbəbinin Rusiya Federasiyasının Ukraynaya təcavüzü olduğunu artıq daha yaxşı başa düşdüyünü görüb.
Xatırladaq ki , ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland dekabrın 3-də Ukraynaya səfər edib . O, Prezident Aparatının rəhbəri Andriy Yermak və ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinklə görüşüb.
Hüseyn İbadlı
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...

































