ABŞ
Pentaqon təsdiqlədi: ABŞ yanvarın 6-da...
Birləşmiş Ştatlar cümə günü, yanvarın 6-da Ukraynaya ABŞ-ın Bredli piyada döyüş maşınlarını daxil edəcək yeni hərbi yardım paketini elan edəcək.
Publika.az bu barədə TASS məlumat yayıb. Pentaqonun sözçüsü, Hərbi Hava Qüvvələri briqadası generalı Patrik Rayder bildirib ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi təxminən 3 milyard dollara başa gələcək.
"Mən təsdiq edə bilərəm ki, sabah yeni bir yardımı paketi gözlənilir və Ağ Evin qeyd etdiyi kimi, o, Bredli BMP-ni də əhatə edəcək", - Rayder vurğulayıb.
O əlavə edib ki, yaxın bir neçə gün ərzində Pentaqon Bredli döyüş maşınından istifadə üçün Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığının şərtləri ilə bağlı əlavə məlumatlar təqdim edəcək.
Həmçinin "Associated Press" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verib ki, bu, ABŞ-ın Ukraynaya ən böyük məbləğli hərbi yardım paketi olacaq.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































