ABŞ
Konqres Baydenin gizli sənədləri ilə bağlı insidentləri araşdırmağa çağırdı
ABŞ Konqresi prezident Co Baydenin üzə çıxan məxfi sənədləri ilə bağlı insidentləri araşdırmalıdır.
Publika.az "CBS"yə istinadən xəbər verir ki, bu sözləri Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib.
"Onlar bu barədə Baydenin prezident seçkilərindən əvvəl də bilirdilər, amma ictimaiyyətdən gizli saxladılar?", - spiker qeyd edib.
Makkarti həmçinin keçmiş prezident Donald Trampın əmlakına basqını və özünün belə bir işdə əli olduğunu yaxşı bilsə də, Baydenin onu tənqid etdiyini xatırladaraq hazırkı administrasiyanı ikili standartlarda ittiham edib.
Xatırladaq ki, yanvarın 12-də Ağ Ev Baydenin vəkillərinin Uilminqtondakı evinin qarajında ikinci məxfi sənədlər toplusunu tapdığını təsdiqləyib. Sənədlər anbar otağında “şəxsi və siyasi sənədlər arasında” tapılıb. Bayden bu məlumatı təsdiqləyib və vəkillərinin bu faktı dərhal ABŞ Ədliyyə Departamentinə bildirdiklərini deyib.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Komitəsi Amerikanın hazırkı liderinin vitse-prezidenti olduğu dövrə aid məxfi sənədlərin aşkarlanması ilə bağlı araşdırma aparmağa çağırıb.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)