ABŞ
Ağ Ev Çinə qarşı tədbir görəcək
ABŞ hesab edir ki, ötən şənbə günü ABŞ Hərbi Hava Qüvvələri tərəfindən vurulan Çin casus şarında ABŞ rabitəsini izləyə bilən elektron müşahidə sistemi quraşdırılıb.
Publika.az xəbər verir ki, bunu Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib.
Onun sözlərinə görə, bu şar “kəşfiyyat məlumatlarının toplanması əməliyyatları aparmağa qadir idi” və “beş qitədə 40-dan çox ölkə” üzərində uçan Çin şarlarından ibarət donanmanın bir hissəsi idi. Bu şarları hazırlayan şirkət Çin ordusu ilə bağlıdır.
Administrasiya rəsmiləri ABŞ konqresmenləri üçün gizli brifinqdə və cümə axşamı Nümayəndələr Palatasında bu mövzuda keçirilən ictimai dinləmədə Çin kəşfiyyat balonunun imkanları və onun necə və nə vaxt vurulacağına dair qərarın necə qəbul edildiyi barədə yeni təfərrüatları açıqlayıb.
Daha sonra Nümayəndələr Palatası yekdilliklə, 419 səslə, Çinin casus şarının ABŞ hava məkanına daxil olmasını “ABŞ-ın suverenliyinin həyasızcasına pozulması” kimi pisləyən qətnamə qəbul edib.
Ayşən
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)