ABŞ
İlk 3D çaplı raket yenə uça bilmədi
Bu gün havaya qalxan "Terran 1" yüngül daşıyıcı aparatı ikinci mərhələdə mühərrik nasazlığı səbəbindən orbitə çıxa bilməyib.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın tərtibatçı "Relativity Space" şirkəti məlumat yayıb.
Raketin komponentlərinin 85%-i 3D formatında çap olunub. Əvvəllər texniki problemlərə görə 2 dəfə təxirə salınan dünyanın ilk 3D çaplı raketinin buraxılışı ABŞ Kosmik Qüvvələrinin bazasında LC-16 buraxılış meydançasından həyata keçirilib. 4 dəqiqəlik uçuşdan sonra Terran 1-in ikinci pilləli mühərriki sıradan çıxıb. Raket 200-210 km hündürlükdə orbitə çıxmalı idi.
33 metrlik ikipilləli raket birinci mərhələdə 9, ikinci mərhələdə isə bir Aeon mühərriki ilə təchiz edilib, həmçinin 3D printerlərdən istifadə etməklə yaradılıb. Onlar metandan yanacaq, maye oksigeni isə oksidləşdirici kimi istifadə edirlər.
3D çap texnologiyasından istifadənin raketlərin qurulmasını 2 aya qədər sürətləndirməsi və onların maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salması sübuta yetirilib.
Terran 1 orbitə buraxılan ilk metan raketi olduğunu iddia edir. Gələcəkdə o, aşağı Yer orbitlərinə 1250 kq-a qədər yük çıxara biləcək. Yüngül raketin bir buraxılışının dəyəri təxminən 12 milyon dollar qiymətləndirilir.
Ayşən
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































