ABŞ
Erməni lobbisinin qalmaqallı paylaşımı və rəsmi ABŞ-ın CAVABI
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-dakı ən böyük erməni lobbisi olan Amerika Erməni Milli Komitəsinin (ANCA) Vaşinqton direktoru Aram Suren Hamparyanın Ermənistanın baş naziri Nikol Paşinyanı hədəf alan paylaşımları ilə bağlı "Hər zaman seçilmiş hökumətləri devirmək cəhdini pisləmişik” ifadələrini işlədib.
Publika.az xəbər verir ki, Miller keçirilən mətbuat konfransında "ABŞ qanunları aparıcı lobbi təşkilatına xarici hökumətin devrilməsini və bu məqsədlə silahlı qüvvədən istifadəni potensial olaraq dəstəkləyən fəaliyyətlərdə iştirak etməyə icazə verirmi?" sualını cavablayıb.
Sözügedən sosial media paylaşımını görmədiyini bildirən Miller, tribunada ilk dəfə eşitdiyi mövzuya şərh verməkdən həmişə çəkindiyini qeyd edib.
Miller məsələnin nə olduğunu “tam” anlamaq lazım olduğunu vurğulayıb və “Amma ümumilikdə deyə bilərəm ki, biz həmişə hökumət rəsmilərinə qarşı təhdidləri və ya qanunla seçilmiş hökumətləri devirmək cəhdlərini pisləmişik” ifadələrini işlədib.
Xatırladaq ki, Hamparyan Feysbyuk paylaşlımında Paşinyanı müdafiə edənləri “pul kisəsi haqqında düşünməkdənsə, ürəyinə qulaq asaraq hərəkət etməyə” çağırıb və “Bu, Paşinyanı qoruyan erməninin maaşından daha çox ruhuna dəyər verdiyi andır” ifadələrinə yer verib.
Hamparyanın paylaşımları bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən “sui-qəsd çağırışı” kimi şərh edilib.
Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, baş nazirə və hökumət üzvlərinə sui-qəsd törətmək iddiası ilə 8 nəfər saxlanılıb.
Nəzrin
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
































.jpg)

