ABŞ Putinin bu ifadəsinə görə həyəcan təbili çaldı
Bizi izləyin

ABŞ

ABŞ Putinin bu ifadəsinə görə həyəcan təbili çaldı

ABŞ Putinin bu ifadəsinə görə həyəcan təbili çaldı

"Rusiya Prezidenti Vladimir Putinin Beslandakı görüşdə verdiyi açıqlamalar onun Kursk bölgəsinə hücumdan sonra Ukrayna Silahlı Qüvvələrini terrorçu kimi qəbul etdiyini göstərir".

Publika.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan zabiti Daniel Davis “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.

“Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinə hücumu Beslandakı terror aktı ilə eyniləşdirir. Rusiya lideri üçün Ukrayna Silahlı Qüvvələrinin hücumu terror aktıdır”, - Devis bildirib.

Onun sözlərinə görə, Putin Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesinə başlamaq istəyini əvvəllər dəfələrlə bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Moskva çətin ki, terrorçu Ukrayna rejimi ilə danışıqlara razı olsun", - o əlavə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm