ABŞ
Trampla Zelenskinin telefon danışığını İlon Mask da dinləyib
İlon Mask ABŞ prezident seçkilərinin ertəsi günü Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığında iştirak edib.
Publika.az "Axios"a istinadən xəbər verir ki, "Tesla" və "SpaceX"in qurucusu "Starlink" peykləri vasitəsilə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib. Həmin söhbət zamanı ABŞ-ın yeni seçilmiş prezidenti Ukrayna prezidentinə ondan razı qalacağını vəd edib və Zelenski özü də Trampı “tarixi inamlı qələbəsi” münasibətilə təbrik edib.
ABŞ prezident seçkilərinin ertəsi günü Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı "iki sürprizlə üzləşdi": sahibkar İlon Mask da xətdə olub. Zelenski Trampdan eşitdiklərinə görə bir qədər arxayınlaşıb.
Trampın seçki kampaniyası zamanı açıq bəyanatları - müharibənin tez bir zamanda bitəcəyini vəd etməsi, hansı tərəfin qalib gəlməsini görmək istədiyini söyləməkdən imtina etməsi və Vaşinqtondan gələn böyük yardım paketlərini tənqid etməsi - Kiyevdə və bütün Avropada həyəcan təbili çalmışdı.
Adəm Abbaslı
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi















.jpg)

.jpg)






.jpg)













