ABŞ
ABŞ-dan İLK JEST - “Heyəti Təhriri əl-Şam”a yaşıl işıq yandırılır
Vaşinqton "Heyəti Təhriri əl-Şam" qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi xüsusi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Suriyadakı siyasi transformasiyada müxtəlif suriyalı qruplar və təşkilatlar iştirak edir və "Heyəti Təhriri əl-Şam" bu prosesin mühüm tərkib hissəsi olacaq.
Rəsmi şəxs ABŞ-ın qruplaşma ilə Amerikanın maraqlarına uyğun şəkildə əlaqə qurmağı planlaşdırdığını əlavə edib, lakin qeyd edib ki, "Heyəti Təhriri əl-Şam"ın terror təşkilatları siyahısında qalıb-qalmaması ilə bağlı hazırda şərh verə bilməz.
"Gələcəkdə bu məsələyə baxacağıq", - o vurğulayıb.
O, həmçinin bildirib ki, "Heyəti Təhriri əl-Şam"ın müəyyən bəyanatlarının icra edilib-edilməyəcəyini qiymətləndirmək vacib olacaq. Qurum rəsmisi vurğulayıb ki, bu, çoxşaxəli qrupdur və bununla bağlı mövcud vəziyyəti nəzərə alaraq, praqmatik yanaşmaqla ağlabatan qərar vermək lazımdır. O qeyd edib ki, "Heyəti Təhriri əl-Şam" düzgün bəyanatlar verir və hazırda düzgün hərəkət edir.
Hüseyn İbadlı
-
MDB21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?






















.jpg)















.jpg)