ABŞ
Tramp və Zelenskinin ləğv edilən NAHAR MENYUSU - Onlar üçün nələr hazırlanıb?
Ağ Ev rəhbərinin müavini Den Skavino Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin iştirak etməli olduğu nahara hansı yeməklərin daxil olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nümayəndə heyətinə pomidor, kələm və qulançar ilə yaşıl salat təqdim edilməli idi. Qonaqlar üçün əsas yemək menyusuna rozmarinlə bişmiş toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və sitrus peçenyesi daxil edilib.
“Bu gün günortadan sonra Prezident Tramp və onun gözəl komandası ilə nahar oldu. Saat 13:30-da (Bakı vaxtı ilə 22:30) Prezident Tramp boş yerlərə görə daha bir neçə komanda üzvünü dəvət etdi”, - Skavino yazıb.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Amerika və Ukrayna prezidentləri arasında danışıqlar mübahisə ilə başa çatıb: ABŞ lideri həmkarını hörmətsizlik və minnətdarlıq etmədiyinə görə qınayıb və onu atəşi dayandırmaqdan imtina etdiyinə görə tənqid edib və Vaşinqton olmadan Kiyevin “güclü kartları”nın olmadığını söyləyib. Ardınca Zelenskidən mətbuat konfransını və nadir torpaq metalları ilə bağlı sazişin imzalanmasını ləğv edərək Ağ Evi tərk etməsi tələb olunub.
Hüseyn İbadlı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı












.jpg)





















