ABŞ
İllər sonra FTB-dən Epşteyn etirafı: Bütün sirlər açıldı – İntihar edib, yoxsa...
ABŞ ictimaiyyətində illərdir müzakirə edilən və bir çox sui-qəsd nəzəriyyələrinə mövzu olan qızlara qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbsdə olarkən ölü tapılan milyarder Ceffri Epşteyn məsələsində Tramp administrasiyası ilk dəfə rəsmi açıqlama ilə susqunluğunu pozdu.
Publika.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi (DOJ) və Federal Təhqiqat Bürosu ( FTB ) tərəfindən hazırlanan və ABŞ mətbuatına sızan iki səhifəlik sənədə görə, Epşteynin ölümündə “qətl” və ya “şantaj” iddialarını dəstəkləyəcək heç bir dəlil tapılmayıb.
“Axios”a görə, sözügedən sənədlərlə yanaşı, Tramp administrasiyası 2019-cu ildə Epşteynin saxlandığı Manhetten həbsxanasının bölməsindən həm adi, həm də rəqəmsal olaraq gücləndirilmiş təhlükəsizlik kamerası görüntülərini də yayımlayıb. Hesabatda 9 avqust 2019-ci il saat 22:40-a qədər heç kimin kamera bölməsinə girmədiyi vurğulanıb. Ertəsi səhər saat 6:30-da Epşteyn kamerasında ölü tapılıb.
Epşteynin ölümü məhkəmə-tibbi ekspertiza rəylərində göstərildiyi kimi intihar elan edilib. Belə ki, onun “öldürüldüyü” ilə bağlı illərdir, xüsusən də sağ dairələr tərəfindən səsləndirilən iddialara aydın cavab verilib.
Sənəddə Epşteynin “şantaj yolu ilə hər hansı bir şəxsə nəzarət etdiyinə” və ya “müştərilərin siyahısını saxladığına” dair heç bir konkret dəlil tapılmadığı bildirilir. Hesabatda “başqa şəxslərlə bağlı araşdırma tələb edəcək heç bir dəlilin olmadığı” ifadə edilərək, uzun müddətdir maraq doğuran bu siyahı ilə bağlı ictimaiyyətin gözləntilərinin real olmadığı vurğulanıb.
Sənəddə Epşteynin keçmiş ortağı Maksvelin hazırda uşaq istismarı və insan alverinə görə 20 il həbs cəzası çəkdiyi xatırladılıb və ondan başqa heç kimin bu ittihamlara məruz qalmayacağı da açıq şəkildə ifadə edilib.
Hesabatın digər diqqətçəkən cəhəti ondan ibarətdir ki, əvvəllər Epşteynin sui-qəsdləri haqqında danışan iki nəfər indi FTB-nin ən yüksək səviyyələrində xidmət edir. Trampın təyin etdiyi FTB direktoru Kas Patel və onun müavini Den Bonqino əvvəllər Epşteynin ölümünü şübhə altına almışdılar. Ancaq indi hər iki şəxs onun intihar etdiyini açıq şəkildə etiraf edib.
Tural
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı


































