ABŞ
Tramp bu ölkədən əl çəkmir - Xüsusi elçi təyin etdi
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək üçün uzun müddətdir davam edən planını irəli sürərək, bu məsələ ilə bağlı xüsusi elçi təyin edib. Bu elçi Luiziana qubernatoru Cef Lendridir.
Publika.az xəbər verir ki, sosial mediada paylaşım edən Lendri, Trampa etimadına görə təşəkkür edib və açıq şəkildə Qrenlandiyanı ABŞ-ın bir hissəsi etmək üçün xidmət etməkdən şərəf duyduğunu bildirib. Bununla belə, o, bu yeni "könüllü vəzifənin" qubernatorluq vəzifələrinə təsir etməyəcəyini vurğulayıb.
Tramp öz növbəsində bu təyinatı Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün strateji əhəmiyyətinə istinad etməklə əsaslandırıb. Müşahidəçilərin fikrincə, bu təyinat Vaşinqtonun dünyanın ən böyük adasına olan ciddi marağının davam etdiyini göstərir.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığına daxil olan muxtar ərazi olduğundan rəsmi Kopenhagen dərhal məsələyə reaksiya verib. Danimarka xarici işlər naziri Lars Lekke Rasmussen açıqlamasında ABŞ-ı Danimarka Krallığının ərazi bütövlüyünə hörmət göstərməyə çağırıb. Bu mövqe yeni deyil: həm əvvəllər, həm də bu il Danimarka və Qrenlandiya hakimiyyəti dəfələrlə adanın satılmadığını bildiriblər. Bundan əlavə, 2024-cü ildə Qrenlandiyanın baş naziri Mute Eqede Trampın ideyasını rədd edərək, adanın yerli sakinlərə məxsus olduğunu vurğulayıb.
Qrenlandiya ilə bağlı münaqişə Arktikaya artan strateji maraq fonunda daha da şiddətlənir. ABŞ, Çin və Rusiya bu bölgəni geosiyasi maraq zonası kimi görürlər. Tramp özü dəfələrlə Qrenlandiyanın bu və ya digər şəkildə ABŞ-ın nəzarəti altına keçəcəyini bəyan edib və buna nail olmaq üçün hərbi gücdən istifadə ehtimalını istisna etməyib.
Adəm
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"






































