ABŞ
Vaşinqton Trampın impiçmentinə hazırlaşır: Böyük xaos gözlənilir
Donald Trampın prezidentliyinin erkən və qalmaqallı şəkildə sona çatması təhlükəsinin böyük olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu barədə yüksək vəzifəli respublikaçılar xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, Demokratlar 2026-cı ildə keçiriləcək aralıq seçkilərində qalib gələrsə, Donald Trampa qarşı impiçment proseduruna başlanılacaq və bu, ölkədə tam xaosa səbəb ola bilər.
“Əgər Nümayəndələr Palatasında çoxluğu itirsək, artıq eşitdiyiniz kimi, radikal solçular Trampı impiçment edəcəklər. Onlar mütləq xaos yaradacaqlar və biz buna imkan verə bilmərik”, - deyə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
Spikerin sözlərinə görə, Demokrat Partiyası dövlətin təməllərini və respublikaçıların müdafiə etdiyi dəyərləri “sökməyə” çalışan marksist qüvvələr tərəfindən “ələ keçirilib”. “YouTube” kanalında yayımlanan çıxışında Conson mühafizəkar seçiciləri radikalların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün maksimum dərəcədə birləşməyə çağırıb.
Qeyd olunur ki, hazırda Trampın komandası Konqresdə kövrək üstünlüyə malikdir: Nümayəndələr Palatasında 220, Senatda isə 53 yer. Bu da prezidentə müxalifətin mövqeyini nəzərə almadan siyasətini davam etdirməyə imkan verir.
Xatırladaq ki, Donald Tramp ilk prezidentlik dövründə artıq iki dəfə impiçment cəhdi ilə üzləşib. O, 2019-cu ildə səlahiyyətlərindən sui-istifadədə, 2021-ci ildə isə Kapitoli hadisələrindən sonra üsyana təhrikdə ittiham olunub. Senat hər iki halda Trampa bəraət verib. Lakin 2026-cı ildə Konqres üzərində nəzarət itirilərsə, yeni impiçment cəhdinin daha uğurlu ola biləcəyi istisna edilmir.
Adəm
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz










.jpg)








.jpg)

.jpg)
















