ABŞ
"ABŞ istəsə, biz hazırıq" - Maduro
Venesuela prezidenti Nikolas Maduro ABŞ-la narkotik qaçaqmalçılığına qarşı mübarizə məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, Maduro bu sahədə effektiv mübarizənin yalnız faktlara əsaslanan və praqmatik yanaşma ilə mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, Vaşinqton Venesuelanın mövqeyindən xəbərdardır:
“ABŞ hökuməti bunu bilir, çünki biz onların bir çox nümayəndəsinə demişik ki, narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə razılaşmanı ciddi şəkildə müzakirə etmək istəsələr, biz buna hazırıq”, - deyə Maduro vurğulayıb.
O, eyni zamanda Venesuelanın ABŞ investisiyalarına açıq olduğunu və Amerika bazarının ehtiyacları üçün neft tədarükünü təmin etməyə hazır olduğunu da qeyd edib.
Maduro Vaşinqtonun Karakas ünvanına irəli sürdüyü narkotiklərin istehsalı və yayılmasına qarşı kifayət qədər tədbir görülməməsi ilə bağlı ittihamları əsassız adlandırıb.
Venesuela prezidenti, həmçinin, daha əvvəl ABŞ prezidenti Donald Trampla apardığı danışıqların sayı ilə bağlı açıqlamalar verdiyini xatırladıb və bu mövzuda müxtəlif fərziyyələrin səsləndirildiyini bildirib.
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi






















.jpg)














