ABŞ
ABŞ bombardmançıları yola düşdü - İrana bu saatda zərbələr endiriləcək
ABŞ-ın "B-52" bombardmançı təyyarələri Britaniyadakı aviabazadan havaya qalxaraq İran istiqamətinə yönəlib.
Publika.az xəbər verir ki, bu barədə "India Today" jurnalı mənbələrə istinadla məlumat yayıb.
"Bir neçə 'B-52' təyyarəsinin 'RAF Fairford' aviabazasından havaya qalxdığı müşahidə edilib, digərlərinin isə yanacaq doldurduğu və uçuşdan əvvəl uçuş-enmə zolağında yerləşdiyi bildirilir", — deyə məlumatda qeyd olunub.
Sosial şəbəkədə bombardmançıların havaya qalxma görüntüləri yayılıb; həmin videonu hərbi müxbir Yuri Kotenok öz "Telegram" kanalında paylaşıb. Onun sözlərinə görə, İrana zərbələrin pik həddinin Bakı vaxtı ilə təxminən saat 05:00-da olacağı gözlənilir.
Aprelin 7-də ABŞ və İran yenidən bir-birlərinə əvvəlkindən daha ciddi təhdidlərlə xəbərdarlıq ediblər. İlk bəyanatı ABŞ Prezidenti verərək bildirib ki, bu gecə bir daha heç vaxt bərpa olunmayacaq bütöv bir sivilizasiya yox olacaq. Cavab olaraq Tehran qeyd edib ki, 14 milyon vətəndaş İranın müdafiəsinə qalxmağa hazırdır və Birləşmiş Ştatlar "qırmızı xətləri" keçərsə, hərbi əməliyyatlar regionun hüdudlarından kənara çıxacaq.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
