ABŞ
Tramp Ağ Evdə NATO-nun baş katibini qəbul edəcək
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü, 8 aprel tarixində, İrana qarşı hərbi əməliyyatlarda yardımın göstərilməməsi səbəbindən ölkəsinin alyansdan çıxmaq təhdidləri fonunda NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə məlumat Amerika liderinin iş qrafikində yer alıb.
Danışıqların yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 23:30) Ağ Evdə keçiriləcəyi gözlənilir.
Bundan əlavə, Rutte dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqset ilə də görüşəcək.
İrandakı müharibə başlayandan bəri Tramp ABŞ və İsrailin birgə hərbi əməliyyatını dəstəkləməkdən imtina etdiklərinə görə NATO və Avropadakı müttəfiqlərini kəskin şəkildə tənqid edir. Onu xüsusilə qəzəbləndirən məqam odur ki, ABŞ-ın ənənəvi müttəfiqləri müharibənin əvvəlindən İran tərəfindən faktiki olaraq bağlanan və dünya neftinin böyük hissəsinin daşındığı mühüm su yolu - Hörmüz boğazı ilə bağlı vəziyyətə müdaxilə etməyiblər. Onun sözlərinə görə, ABŞ-ın blokdan çıxması ideyası "yenidən baxıla bilməz".
ABŞ Prezidentinin bu bəyanatları alyansa üzv ölkələr arasında ciddi narahatlığa səbəb olub.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
