ABŞ
İran Trampı təhdid edir - Sui-qəsd planını kim deşifrə edib?
Təl-Əviv Vaşinqtona İranın ABŞ Prezident Donald Trampı öldürmək üçün plan hazırladığına dair kəşfiyyat məlumatları təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" vəziyyətlə tanış olan mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran bir neçə ildir ki, general Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinin qisasını almaqla bağlı açıq şəkildə hədə-qorxu gəlir. İranın ali rəhbəri Əli Xameneinin bu yaxınlarda keçirilən dəfn mərasimində iştirakçılar amerikalı prezidentin ölümünə dair şüarlar səsləndirib və "Biz Trampı öldürəcəyik" yazılmış plakatlar açıblar.
Donald Trampın özü də sui-qəsd ehtimalı ilə bağlı məlumatı təsdiqləyərək jurnalistlərə bildirib ki, İranın hədəf siyahısında birinci yerdədir. O, təhdidlərə cavab olaraq Ankaradan qayıtmaq planlarını dəyişib və Qətər tərəfindən təqdim edilən yeni hava gəmisi əvəzinə köhnə "Air Force One" təyyarəsini seçib. Bu qərar Məxfi Xidmətin tövsiyəsi ilə qəbul edilib.
Mart ayında Tramp iranlı hakimiyyət orqanlarının onu öldürməyə iki dəfə cəhd etdiyini iddia etmiş, bu cəhdləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Əli Xameneinin öldürülməsi ilə əlaqələndirmişdi. İran hakimiyyəti amerikalı məmurlara qarşı sui-qəsd hazırlamaqla bağlı ittihamları rədd edib.
Vaşinqton ilə Tehran arasında münasibətlərin kəskinləşməsi fonunda Tramp bildirib ki, İranla atəşkəs başa çatıb, ölkələr arasındakı gələcək təmaslar isə "vaxt itkisidir". Bir aydan az müddət əvvəl tərəflər iki aylıq atəşkəsi və daha geniş saziş haqqında danışıqların başlanmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalamışdılar.
Hüseyn İbadlı
-
Hadisə10:45Xaçmazda məktəbli qızın meyiti tapıldı - FOTO
-
Nida Xəbər 09:44Prezidentin köməkçisi vyetnamlı müğəninin ifasını təriflədi
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video

































.png)

