ABŞ
Trampın qərarı Maskı hərəkətə keçirdi: "SpaceXAI" adını dəyişir
Süni intellekt sahəsində fəaliyyət göstərən Amerikanın "SpaceXAI" şirkəti adını dəyişəcək.
Publika.az xəbər verir ki, bu barədə şirkətin sahibi, milyarder İlon Mask məlumat verib.
O, “X” sosial şəbəkəsində istifadəçilərdən birinin şirkətin adının dəyişdirilməsi ilə bağlı sualına “Bəli, belə bir dəyişiklik edəcəyik” cavabını verib.
Qeyd olunur ki, qərar ABŞ prezidenti Donald Trampın süni intellekt ifadəsinin rəsmi sənədlərdə və ictimai kommunikasiyalarda “superintellekt” termini ilə əvəzlənməsini nəzərdə tutan sərəncamından sonra qəbul edilib.
Tramp sentyabrın 25-də “süni intellekt” əvəzinə “superintellekt” ifadəsindən istifadə edilməsinin vacibliyini bildirib. ABŞ prezidenti bu terminin müasir texnologiyaları daha dəqiq ifadə etdiyini deyib. Tramp bu açıqlamanı Vaşinqtonda Çin lideri Si Cinpinlə danışıqlardan sonra verib.
Müəllif: Adəm
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































