Mask Zelenskiyə yönələn tənqidlərə qoşuldu
Bizi izləyin

ABŞ

Mask Zelenskiyə yönələn tənqidlərə qoşuldu

Mask Zelenskiyə yönələn tənqidlərə qoşuldu

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask X sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə yönələn tənqidlərə qoşulub.

Publika.az xəbər verir ki, iş adamı Ağ Evin videosuna şərh verərək “Zelenski həddini çox aşıb” yazıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna sakinlərinə yeni lider seçməyi tövsiyə edib. Onun sözlərinə görə, hazırkı lider “razılaşmalar bağlamağı bacarmır” və Rusiya ilə anlaşa bilmir. Bundan əlavə, Ağ Evin rəhbəri Ukrayna Prezidentinin Vaşinqtonun Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə bağlı tələblərinə məhəl qoymadığından şikayətlənib. Tramp bunun bütün dünya və amerikalı fermerlər üçün “böyük problem” yaratdığını bildirib.

Amerikalı həmkarının bəyanatından sonra Zelenski bir neçə Avropa lideri ilə telefon danışığı aparıb. Böyük Britaniyanın Baş naziri Endi Börnhəm “son 24 saatın Ukrayna üçün ağır keçdiyini” etiraf edib. Siyasətçilər yaxın vaxtlarda görüşməyi planlaşdırırlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm