Art
Məşhurlarla bağlı hamını ŞOKA SALACAQ FAKTLAR: insanları yandıran, öpüşlə çökən, xanımını...
Nə qədər mütaliə həvəskarı olsanız da, bu faktları yəqin ki, bilmirdiniz.
Publika.az yazıçıların həyat və yaradıcılığı haqda ən maraqlı məqamları təqdim edir.
Puşkin ziyafətlərdə sevimli xanımından gen gəzirdi. Səbəb isə aralarında olan 10 sm boy fərqi idi. Amma böyük şairin kiçik boyu qadınların qəlbini fəth etməkdə ona mane olmurdu.
Mayakovski yazıda orfoqrafik düzəni sevmirdi, hətta bəzən bu mürəkkəb dünyada azıb qalırdı. Şeirlərindəki pərakəndəliyin əsas səbəbi də budur.
Günlərin bir günü Artur Konan Doyl ən məşhur personajı Şerlok Holmsdan bezir. Lakin oxucu auditoriyasının sərt reaksiyasından qorxub, Holmsun ölüm hökmünü vermir. Anası Artura bildirir ki, Şerlok ölsə, oğlunu bağışlamayacaq.
Elmər Akademiyasında araşdırma aparan Lomonosov alman alimlərinə qarşı qalmaqallı hərəkətlərinə görə ölüm hökmü alır. Hökm qüvvədən düşsə də, alim almanlardan üzr istəmək məcburiyyətində qalır.
Bir gün Turgenevin səyahətə çıxdığı gəmidə yanğın başlayır. Yazıçı uşaqları, qadınları sərt şəkildə itələyərək, hətta alovun ağzına ataraq ölümdən qurtulur. Bir müddət sonra qəlbini didən vicdan əzabı ona “Dənizdə yanğın” əsərini yazdırır.
Krılov təmizlik və səliqə ilə düşmən idi. Bir dəfə tənbəl şair maskarada dəvət alır. Dostlarından nə geyinəcəyi ilə bağlı tövsiyə istəyir. Cavab isə belə olur: "İvan Andeyeviç, yaxşıca yuyunub, özünüzü səliqəyə salın. Əmin olun sizi kimsə tanımayacaq".
Heminquey iki avtoqəzadan sağ çıxmışdı. Dəri xərçəngi, malyarıya, hepatit, diabet kimi xəstəliklər üzərində qələbə çalmışdı ki, 62 yaşının astanasında özünü güllələyib ölsün.
“Balıqçı və balığın nağılı” əsəri Puşkinin adı ilə bağlıdır. Əslində isə şair süjet xəttini Qrimm qardaşlarından götürmüşdü.
Gizlin deyil ki, Edqar Po ölümündən sonra daha çox məşurlaşmışdı. Səbəb isə onun yaradıcılığına nifrət edən Rufus Qrisuoldun mərhum yazar haqda söylədiyi qara fikirlər idi.
Nobel mükafatı laureatı İosif Brodski yazıçılıq karyerasından əvvəl morqda yardımçı, matros və tərcüməçi kimi fəaliyyət göstərmişdi.
Oskar Uayld deyirdi ki, öpüş insan həyatını darmadağın edə bilər. Klassik öləndən sonra pərəstişkarları məzar daşını öpə-öpə çökdürürlər.
Kafkaya dünya şöhrəti gətirən əsas faktor dostunun xəyanəti idi. Belə ki, vəsiyyətində dostundan rica edir ki, bütün əlyazmalarını yandırsın. Maks Brod adlı xəyanətkar isə bizə Kafka nəhəngliyində ədəbiyyat xəzinəsi bəxş etdi.
Leyla Sarabi
-
Dünya20:12Baş nazir "kabuslu ev"ə köçdü - FOTO
-
Sosial20:00Nazir Vüqar Muradova yüksək vəzifə verdi - FOTO
-
Magazin119:24Vüsalə Yeni il şəkilləri ilə göz qamaşdırdı - FOTO
-
Kriminal19:00Moskvada DƏHŞƏT: Sevgilisini diri-diri yandırıb Azərbaycana qaçdı
-
Sosial17:05Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi
-
Rəsmi xronika16:21Prezident üç sərəncam imzaladı
-
Yaxın Şərq16:12Tramp anons etdi: Bu ölkə də İsraillə dil tapıb, “İbrahim sazişləri”ni imzalayacaq
-
Nida Xəbər 15:07Əli Əsədov qərar imzaladı






















.jpg)







.jpg)








.jpg)