Art
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək
17 may 2019-cu il tarixində görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur.
Mayın 17-də saat 19.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti, Prezident təqaüdçüsü Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İran “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış edəcəklər.
Məlumat üçün bildiririk ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında başlamışdır. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olmuşdur. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilmiş, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut etmişdir. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutmuşdur. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi yerli tamaşaçılara sevdirə bilmiş və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.
Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olmuş, kütləvi xalq rəqslərinə gözəl quruluşlar vermişdir.
Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı










.jpg)




















.png)


.jpg)



