Art
"Onu güllələmək istədilər" – Qorbaçova "cəllad" deyən azərbaycanlı bəstəkarla bağlı MARAQLI FAKTLAR
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum Xalq artisti, dahi bəstəkar Arif Məlikovun həyatından danışılıb.
Publika.az xəbər verir ki, Xalq artistinin ailə üzvləri, qohumları, sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüb:
Bəstərkarın nəvəsi Aminə Məlikova babasının çətin ömür yolu keçdiyini deyib:
“Əslində, babamın çətin həyatı olub. Daha gənc ikən anasını itirmişdi. Babam ilk tar çalmağı öyrənib, sonradan isə klassik musiqiyə yönəlib. Kasıb ailə olduqları üçün pianino almaq imkanı da olmayıb. Ona görə gənc vaxtlarından çalışırdı və ilk əsərlərini elə sinifdə oturaraq bəstələyib. Mənə hər zaman deyirdi ki, özümü daha çox sinfonik musiqiçi kimi hiss edirəm. İndiki kimi yadımdadır ki, babam kanalları çevirirdi və “Sehirli xalat” filmini görəndə dayandı. Mənə dedi ki, bilirsən, bu filmə mən musiqi yazmışam. Doğurdan da musiqi o filmi canlandırır. Babam üçün böyük faciələrdən biri öz övladını, mənim anamı itirmək oldu. O, öz ailəsini, övladını həyatından çox sevirdi. Babam güləndə hər zaman gözləri də gülürdü, amma son illərində gözlərindəki gülümsəmə yoxa çıxmışdı. Orkestr üçün yazdığı bəstə mənim anama həsr olunub, amma çox adam bunu bilmir. Əgər siz o bəstəni dinləsəniz görəcəksiz ki, orada çox kədərli notlar var. 1990-ci illərdə baş verən hadisələrlə əlaqədər onun həyatı dəfələrlə təhlükədə olub. Babamı güllələməyə çalışmışdılar, amma güllə yanından ötüb keçmişdi. O qədər böyük təhlükə ilə yaşasa da o, yenə də susmurdu”.
Bəstəkar Gülnarə Məmmədova bildirib ki, Arif Məlikov çox cəsarətli və güclü şəxsiyyət olub: “O deyirdi ki, mən vətəndaşam. Bu insan Qarbaçovun üzünə demişdi ki, siz cəlladsız. Hamı bilirdi ki, Məlikov sözü üzə deməkdən qorxmur”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)


























.jpg)

