Art
Tatyana Polyakovanın etiket və peşəkar ünsiyyət mövzusunda mühazirəsi keçiriləcək
Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın «Etiket və peşəkar ünsiyyət» mövzusunda mühazirəsi keçiriləcək.
Tədbirdə Tatyana Polyakova insan haqda təəssürat yaradan əsas məqamlar haqqında söhbət açacaq. Səs tembri, geyim tərzi, baxış, intonasiya, nitq qabiliyyəti, xahiş və minnətdarlıq ifadələri, hədiyyələr və hətta ayaqqabı dabanının hündürlüyi kimi nüanslara da toxunulacaq. Mühazirəçi eleqantlığın əsas əlamətləri, davranış qaydaları barədə söz açacaq.
Bir çox ölkələrdə geniş auditoriyaya malik Tatyana Polyakova, həmçinin Avropada, Amerikada mövcud olan etik normalardan və Asiya ölkələrinə xas ənənələrdən danışacaq. O, davranış və nəzakət qaydalarında genetik ənənələri öz xeyrinə necə istifadə etməyin sirlərini də açıqlayacaq.
Tatyana Polyakova etiket üzrə dünyada tanınmış mütəxəssisdir. Tallində doğulub. Monako Knyazlığında etiket öyrətmək üzrə lisenziyanın yeganə sahibidir. Mədəniyyətlərarası kommunikasiya üzrə kursların müəllifidir. Bir neçə xarici dildə danişmaq qabiliyyətini, beynəlxalq şirkətlərdə iş təcrübəsini, etnoqrafik ekspedisiyalarını və səyahətlərini boyük ustalıqla ünsiyyət və etiket üzrə biznes layihəyə çevirib.
Tatyana Polyakovanın Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinə biletlərin qiyməti 29, 39 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.png)
.jpg)






















.jpg)

.jpg)