Art
İbad Hüseynova həsr edilmiş albomların təqdimatı keçirildi - FOTO
12 oktyabrda Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Xalq artistləri, tanınmış sənət adamları, şairlər, jurnalistlər, dövlət adamlarının iştirakı ilə əfsanəvi kəşfiyyatçı-döyüşçü, Türk Dünyasının qəhrəmanı İbad Hüseynovun qəhrəmanlığna həsr edilmiş, şeir, poema və marşlardan ibarət albomların təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, albomda Səyyad Əlizadə, Ayşən Mehdiyeva, Amin Şah İbad Hüseynovun qəhrəmanlığına həsr edilmiş müxtəlif şairlərin şeirlərinə bəstələnmiş mahnı və marşları ifa edib. Digər albomda qiraət ustası, əməkdar artist Ağalar Bayramov qəhrəmana həsr edilmiş "Qurd balası" poemasını, Xalq şairi Nəriman Həsənzadənin, Gülşən Behbudun, Könül Vəliyevanın, Ruslan Laçınlının, Vaqif Cəfərlinin və bir çox tanınmış şairlərin şeirlərini səsləndirib. Layhənin rəhbəri sevilən sənətkarımız Səyyad Əlizdədir
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan-Türkiyə evinin rəhbəri Tənzilə Rüstəmxanlı, "525” –ci qəzetin baş redaktotu Rəşad Məcid,, Hacı Nuran Hüseynov, İncəsənət Universitetinin müəllimi ,Əməkdar artist Agalar Bayramov, Xalqmızın sevilən artistləri Flora Kərimova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Baloğlan Əşrəfov, Yusif Mustafayev, Zakir Əliyev, Türkiyəli şair –yazar İmdat Avşar, Türk Ədəbiyatı Dərnəyinin rəhbəri Özcan Ünlü çıxış edib. Türkiyəli rəssam tərəfindən çəkilib göndərilmiş maraq doğuran rəsm əsərini qəhrəmana Türk Ədəbiyatı Dərnəyinin rəhbəri Özcan Ünlü verib.
Tədbirə Slavyan Universitetinin müəllimi İlyas Hüseynov, 286 nomrəli məktəbin direktoru Samir Mehdizadə, Təhsil Şurasının üzvü Böyükaga Mikayıllı, Abşeron rayon Ağsaqqalar Şurasının sədri Nadir İsmayılov, Abşeron rayon Saray qəsəbəsinin 3 saylı orta məktəbin müəlliməsi Sevil Əmrahova,Vəkillər Kollegiyasının üzü Arslan Mikayılov, sevilən xanəndəmiz Mirələm Mirələmov, QHT rəhbərləri Fatimə Hacıbəyli, Ruhiyyə Məmmdova, Asmaniyyə Şirəliyeva, tanınmış kinoşünas Adil Qulamov, şair Yusif Nəğməkar, Vaqif Bəhmənli, Pünhan İsmayıllı, "Azərbaycan" jurnallının məsul katibi Vüsal Nuru, Qarabağ müharibəsi iştirakçıları və bir çox mətbuat adamları təşrif buyurub. Tədbirin bədii hissəsində şeir, poema və marşlardan ibarət audio-disklərdən mahnılar və şeirlər səsləndirilib. Sonda İbad Hüseynov döyüş yolundan söz açaraq ona hər kəsə minnətdarlığını bildirib.
Təqdimat mərasimi təşkilatçıcı Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şairə və jurnalist Gülşən Behbudun çıxışı ilə yekunlaşıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)








.jpg)
















.jpg)
.jpg)
