Art
“Mübariz” musiqili operasının möhtəşəm premyerasından FOTOLAR
Yanvarın 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” musiqili operasının premyerası anşlaqla keçib.
Publika.az xəbər verir ki, librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan operanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır.
Baş rolda çıxış edən Əməkdar artist Ramil Qasımov Mübariz obrazını xüsusi məhatərlə yaradıb. Digər rollarda Əməkdar artistlər Cahangir Qurbanov və Tural Ağasiyev, Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə, Aydan Həsənova çıxış edib.
Qeyd edək ki, operanın quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak etdilər. Zalda opera boyu hökm sürən ruh yüksəkliyi, ara verməyən gurultulu alqışlar, sonda aktyor və bütün tamaşaçılar tərəfindən yekdilliklə səslənən “Azərbaycan, Azərbaycan” nidaları xalqımızın vətənpərvərliyini, şəhidlərə əbədi ehtiramını bir daha sübut etdi. Şübhəsiz ki, “Mübariz” operası klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun, sarsılmaz mübarizə əzminin formalaşdırılmasında da mühüm rol oynayacaq.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO










.jpg)



.jpg)

.jpg)


















.jpg)


